...

Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycan və Ermənistan güzəştə getməlidirlər - MDB ölkələr İnstitunun direktor müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2007 22:11 (UTC +04:00)
Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycan və Ermənistan güzəştə getməlidirlər - MDB ölkələr İnstitunun direktor müavini

Rusiya, Moskva /müxbir Trend R.Ağaev/ Dağlıq Qarabağ probleminin həlli üçün hər iki tərəf - Azərbaycan və Ermənistan güzəştə getməlidirlər, MDB ölkələr İnstitunun direktor müavini Vladimir Jarixin belə hesab edir. "Ermənistan və Azarbaycana ciddi kompromislərə getmək lazımdır, bunun üçün isə böyük siyasi iradə nümaiş etdirmək lazımdır. Bu qərar hər iki ölkənin xalqları üçün xoşagələn olmayacaq və onlara içtimayyət təziq edəcək", bunu Jarxin "Trendə" ikinci gün deyib.

Onun sözlərinə görə, "əsas problem ondan ibarətdir ki, kim birinci bu addımı atacaq, cəmiyyətlər isə həmişhə olduğu kimi bununla razı olmayacaqlar".

MDB ölkələr İnistutunun direktor muavininin fikirincə, Russiya tanınmamış respublikiların müstəqilliyini tanımamaq prinsipinə əsaslanır. "Bizi münaqişələrin dondürülmasında günahlandırırlar, ancaq biz dəqiq müvqe tutmuşuq - əgər iki tərəfi qani edən qərar tapılmayıbsa, bir tərəfli qərər qəbul etməkdənsə (amerikalılar Kosovoda etdikləri kimi) yaxşı olar ki, bu münaqişə dondurulsun", - deyə ekspert bildirdi.

Onun fikirincə, əgər Russiya özünü belə aparsaydı Abxaziyanın, Cənubi Osetiyanın və Dağlıq Qarabağın müstəqilliyini tanıyardı. "Biz isə Azərbaycanın və Gürgüstanın ərazi bütövlüyünü tanıdığımızı bildiririk və bununla bildiririk ki, münaqişə həll olunmayıb", - deyə politoloq bildirib.

İki cənubiqavqaz respublikaları arasında münaqişə 1988 ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindan başlayıb. Dağlıq Qarabağ və 7 ona yaxın rayonlar - 20% Azərbaycan ərazisi hal hazırda Ermənistan silahlı qüvvələrinin işğılı altındadır. 1994-cü ilin may ayında, tərəflər atəşkəs barədə razılığa gəldilər və bu günə kimi Russiyanın, Fpansanın və ABŞ-nın hımsədirlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində, uğursuz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti