...

Strasburqda Azərbaycan və Ermənistan deputatlarının görüşü başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2008 16:08 (UTC +04:00)
Strasburqda Azərbaycan və Ermənistan deputatlarının görüşü başlayıb

Azərbaycan, Bakı 23 yanvar / Trend müxbir İ.Əlizadə/ Strasburqda Azərbaycan və Ermənistanı təmsil edən deputatların görüşü başlayıb. Bu barədə çərşənbə günü Trend ə AŞPA- nın katibliyindən məlumat verilib.

Görüşdə Dağlıq Qarabağ probleminin həlli ətrafında yaranmış vəziyyət, AŞPA- nın münaqişə ilə bağlı qəbul etdiyi 1416 saylı Qətnamənin icra olunması, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin həyata keçirilməsi məsələləri müzakirə olunur.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988- ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. Qurum sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Xəbər lenti

Xəbər lenti