...

Aİ-nin Qara Dəniz regionu ölkələri ilə əməkdaşlığı dondurulmuş münaqişələrin həllinə kömək edə bilər – Avropa Komissiyasının komissarı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2008 19:04 (UTC +04:00)
Aİ-nin Qara Dəniz regionu ölkələri ilə əməkdaşlığı dondurulmuş münaqişələrin həllinə kömək edə bilər – Avropa Komissiyasının komissarı

Ukrayna, Kiyev, 14 fevral / Trend , müxbir Z.Novosvitski / Aİ-nin Qara Dəniz regionu ölkələri ilə əməkdaşlığı. dondurulmuş münaqişələrin həllinə kömək edə bilər. Bu barədə Avropa Komissiyasının xarici əlaqələr məsələləri və Avropa qonşuluq siyasəti üzrə kormissarı Benita Ferrero-Valdner, cümə axşamı Kiyevdə keçən Aİ üzv-dövlətlərin və Qara Dəniz regionu ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

"Bu görüş - Qara Dəniz regionunda dondurulmuş münaqişələri olan ölkələrə əlverişli əhatənin yaradılması üçün yaxşı fürsətdir", - o deyib.

Komissar onu da bildirib ki, Aİ Qara Dəniz regionu ölkələri ilə regional layihələrdə, xüsusilə regionda kollektiv təhlükəsizlik, su ehtiyatı məsələləri, o cümlədən beynəlxalq terrorizmə qarşı müqavimətə dair əməkdaşlıq etməyə hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti