...

Azərbaycan beynəlxalq təşkilatlara Ermənistanla bağlı nota verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2008 10:45 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatlara Ermənistanla bağlı nota verdi

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən prezident seçkiləri zamanı Azərbaycanın digər işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda və ətraf rayonlarda seçki məntəqələrinin yaradılması və orada "səsvermənin" təşkili ilə bağlı ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamentinə nota göndərib.

Nazirlik Notada bildirir ki, bu akt Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını bir daha təsdiqləyir və bu, ermənilərin qeyri-qanuni fəaliyyətlərini davam etdirmələrinin daha bir sübutudur.

Nazirlik qeyd olunan beynəlxalq qurumlardan bu qeyri-qanuni aktı diqqətlə araşdırmağı, öz hesabatlarında nəzərə almağı və müvafiq ölçülər götürməyi xahiş edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti