...

ATƏT-in yeni rəhbəri hesab edir ki, diqqəti dondurulmuş münaqişələrin həllində cəmləşdirmək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2008 17:02 (UTC +04:00)
ATƏT-in yeni rəhbəri hesab edir ki, diqqəti dondurulmuş münaqişələrin həllində cəmləşdirmək lazımdır

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir K.Ramazanova/ ATƏT-in yeni rəhbəri hesab edir ki, dondurulmuş münaqişələrin həlli də daxil olmaqla, diqqəti real dəyişikliklərin əldə edilməsi mümkün olan məsələlərdə cəmləşdirmək lazımdır.

"Biz dondurulmuş münaqişələrin həllinə ciddi baxmalıyıq. Mənim məqsədim bu münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri fəallaşdırmaqdan ibarətdir" - deyə cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, bu yaxınlarda Finlandiyanın xarici işlər naziri postuna təyin edilmiş Aleksandr Stab Təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

O, dondurulmuş münaqişələrin nizamlanması üzrə mövcud danıqışlar mexanizmini dəstəkləyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupuna və onun həmsədrlərinə yardım göstərməyə hazır olduğunu ifadə edib.

ATƏT-in yeni rəhbəri Dağlıq Qarabağ və Cənubi Osetiyada son vaxtlar yaranan gərginlikdən narahat olduğunu da bildirib və münaqişə edən tərəfləri güc tətbiq etməkdən yayınmağa çağırıb.

Martın əvvəlində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejimi pozulub və nəticədə, hər iki tərəfdən ölən və yaralananlar qeydə alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti