...

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin mümkünlüyünü istisna etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2008 19:14 (UTC +04:00)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin mümkünlüyünü istisna etmir

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir M.Əliyev/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi münaqişə tərəflərinin razılığının olması şərtilə, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin mümkünlüyünü istisna etmir.

"Dağlıq Qarabağ münaqişəsi tərəflərinin razılığı olduğu halda, mən Dağlıq Qarabağa səfər edə bilərəm",- Semnebi çərşənbə axşamı Bakıda bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. Avropa İttifaqı, həmçinin, bu münaqişənin həlli prosesinin inkişafını izləyir.

Xəbər lenti

Xəbər lenti