...

Ermənistan Madrid təklifləri əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdirməyə hazırdır – XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2008 13:45 (UTC +04:00)

Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin Madrid təklifləri əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdirməyə hazırdır. "Novosti-Armeniya"nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

"Bu təkliflər həmsədrlərin uzun müddətli səyləri və onların münaqişə tərəfləri ilə əlaqələrinin yekunudur. Madrid sənədində iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təklif olunan təkliflər var və biz onların əsasında danışıqları davam etdirə bilərik", - deyə o çərşənbə günü mətbuat konfransında bildirib.

Ötən ilin noyabrında ATƏT-in Minsk Qrupu həmsədrləri Madriddə Ermənistan və Azərbaycan prezidentlərinə nəzərdən keçirmək üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlnaması üzrə baza prinsipləri təqdim ediblər. Həmsədrlər "Madrid təklifləri"ni ədalətli və balanslaşdırılmış hesab edirlər.

Ermənistan xarici işlər nazirinin sözlərinə görə, sənədlərin və xülasə edilmiş təkliflərin mövcudluğunu Moskvada keçirilən sonuncu mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiq edib.

Nalbandyan qeyd edib ki, hazırda hamsədrlər, Ermənistan və Azərbacycan tərəfindən yeni təkliflərin hazırlanmasına dair məsələ nəzərdən keçirilmir. O, növbəti dəfə əmin edib ki, respublika mövcud təkliflər əsasında danışıqları davam etdirməyə hazırdır. "Buna həmçinin Azərbaycan da hazır olmalıdr", - deyə Ermənistanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti