...

Dağlıq Qarabağ münaqişəsinin həlli müsbət istiqamətdə irəliləyir – ATƏT rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2008 18:19 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli müsbət istiqamətdə irəliləyir – ATƏT rəhbəri

Qazaxıstan, Astana, 02 iyul / Trend , müxbir K. Konırova/ ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stubb hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müsbət istiqamətdə irəliləyir.

"Mən ATƏT-in Mins Qrupunun təkliflərini dəstəkləyirəm və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin müsbət istiqamətdə irəlilədiyinə ehtiyatlı şəkildə nikbin yanaşıram. Ümid edirəm ki, burada tərəqqi olacaq", - deyə çərşənbə günü Astanada təşkilat rəhbəri, Finlandiyanın xarici işlər naziri Stubb ATƏT-in Parlament Assambleyasının 17-ci sessiyasının yekunu üzrə mətbuat konfransında çıxış edərkən bildirib.

ATƏT PA-nın sədri Qoran Lenmarker, öz növbəsində, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bildirib. "ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə təklifləri var. Və mən ümid edirəm ki, hər iki tərəf bunlarla razılaşacaq", - deyə ATƏT PA-nın sədri hesab edir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti