...

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Moskvada Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcəklər – Ermənistan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2008 18:28 (UTC +04:00)

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov avqustun 1-də Moskvada görüşəcəklər. Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan çərşənbə günü mətbuat konfransında bu barədə məlumat verib,- Novosti-Armeniya xəbər verir.

"Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil edilib. Moskvada həm XİN rəhbərlərinin geniş tərkibdə üç həmsədrlə, həm də iki nazirin ayrıca görüşləri keçiriləcək" - nazir məlumatlandırıb. XİN rəhbərinin sözlərinə görə, görüş zamanı tərəflər həmsədrlərin Madrid təkliflərini müzakirə edəcəklər. Ermənistan və Azərbaycan prezidentləri bu təkliflər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

2007- ci ilin noyabrında ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının baza prinsiplərini nəzərdən keçirmək üçün Ermənistan və Azərbaycan prezidentlərinə təqdim ediblər. Həmsədrlər "Madrid təkliflərini" ədalətli və balanslaşdırılmış hesab edirlər. Nalbandyan inandırıb ki, Ermənistan Madrid təkliflərinə əsaslanan və artıq başlanılmış yol üzrə danışıqları davam etdirməyə hazırdır. "Bu bizə münaqişəni həll etməyə imkan verəcək yoldur", - erməni diplomat bildirib.

İki nazirin əvvəlki görüşü MDB dövlət başçılarının iyunun 6 - da Sankt Peterburqda keçirilən qeyri- rəsmi sammiti zamanı baş tutub.

Xəbər lenti

Xəbər lenti