...

Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının sessiyasında müzakirə ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2008 16:04 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 15 sentyabr / Trend , müxbir P.Əliyeva/ NATO Parlament Assambleyasının payız sessiyası noyabrda İspaniyada keçiriləcək,- Trend -un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov məlumat verib.

Trend -un arayışı: Azərbaycan 2001- ci ildən NATO Parlament Assambleyasının assosiativ üzvüdür. 1994 - cü ildən Azərbaycan və NATO arasında Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq mövcuddur.

Əsgərov deyib ki, sessiyada müzakirə olunacaq məsələlərin gündəliyi hələ Azərbaycan tərəfinə təqdim olunmayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sessiyada müzakirəsi nəzərdə tutulur.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 -ci ildən başlayıb, 1991 - ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 - 93- cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti