ATƏT - in Minsk Qrupunun formatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması itsiqamətində konsensusa əsaslanan optimal və perspektivli yoldur. Bu barədə Ermənistanın müxalifətyönlü Respublika partiyası Siyasi Şurasının üzvü Suren Surenyans bildirib.
"Minsk Qrupuna üzv ölkələrin bəzilərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirməsinə baxmayaraq, Ermənistan bu formatdan imtina edə bilməz", - deyə cümə axşamı keçirilən mətbuat konfransında Surenyans bildirib.
Ermənistan - Türkiyə münasibətlərinin Dağlıq Qarabağ prosesinə təsirini qiymətləndirən Surenyans qeyd edib ki, Türkiyə bu prosesdə öz təklifini təqdim edərək, "Avropa Birliyi qarşısında xal qazanmağa səy göstərir".
"Prezident Gül (Türkiyə prezidenti - "Novosti-Armeniya") yalnız öz dəstəyini təklif edib, burada heç bir vasitəçilikdən söhbət getmir və Ankara, belə olan təqdirdə, qərəzsiz mövqe tutmalıdır", - deyə müxalifətçi siyasətçi bildirib.