...

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktivlik nümayiş etdirirlər - Minsk Qrupunun həmsədrləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2008 11:38 (UTC +04:00)
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktivlik nümayiş etdirirlər - Minsk Qrupunun həmsədrləri

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir R.Novruzov/ ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konstruktivlik nümayiş etdirdiyini bildirirlər.

"Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin apardığı danışıqların son raundunda tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktivlik və danışıqlar prosesinin canlandırılmasına istək nümayiş etdiriblər", - deyə ATƏT-in Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayzanın (ABŞ) münaqişə edən tərəflərin xarici işlər nazirlərinin görüşünün yekunu üzrə bəyanatlarında bildirilir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirib. Məmmədyarov və Nalbəndyan arasında təkbətək görüş də baş tutub. Tərəflər Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır..

"Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdə təmsil etdikləri dövlətlərin və ATƏT-in münaqişənin hərb yolu ilə həllini qeyri-mümkün saymalarına dair mövqelərini bir daha qeyd ediblər", - deyə vasitəçilərin bəyanatında bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti