...

ABŞ Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əsas prinsip hesab edir – Minsk Qrupunun amerikalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Azrbaycanın ərazi bütövlüyünü Dağlı Qarabağ münaqişəsinin həlli prosesində əsas prinsip hesab edir. Bu barədə Metyu Brayza BBC -nin Rusiya xidmətinə müsahibəsində bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri hesab eddirlər ki, bu münaqişəni indi, mümkün qədər tez həll etmək lazımdır. "Biz düşünürük ki, ilk olaraq Azərbaycanın ərazi bütövlüyündən başlamaq lazımdır, sonra isə, danışıqları kompromisə, çərçivə müqaviləsinə aparmaq üçün digər əlavə prinsipləri məsələyə daxil etmək lazımdır", - deyə Brayza bildirib. "Dağlıq Qarabağ qanuni olaraq Azərbaycanın bir hissəsidir. Lakin, ən nəhayət, danışıqları müqaviləyə aparmaq üçün Ermənistan da bunula razılaşmalıdır. Biz bilirik ki, Ermənistanın mövqeyi başqadır və biz Ermənistan və Azərbaycanın ümumi dil tapması üçün olduqca yaradıcı konstruktiv yanaşmalardan istifadə etməliyik. Bu mümkündür, çünki, bu yanaşmalar hansısa dərəcəyədək üst - üstə düşür", - deyə o qeyd edib.

Amerikalı həmsədr Minsk Qrupunun işini mühüm hesab edir və güman edir ki, bu fəaliyyət davam etdirilməlidir. O, eyni zamanda münaqişənin nizamlanmasında Türkiyənin də rolunu yüksək qiymətləndirib və bildirib ki, Türkiyə Qafqazda müsbət rol oynaya bilər. "Əgər Türkiyə müsbət töhfə verərsə, biz buna tərəfdar olarıq", - deyə Brayza bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir neçə kiçik problem qalıb:

"Bizim həll etməli olduğumuz yalnız bir neçə məqam var. Bunlar çətin məsələlərdir, biz onları, həmişə olduğu kimi, danışıqların yekununda müzakirə edirik. Lakin hər iki tərəf könüllü iradə nümayiş etdirərsə, onları həll edilə bilər". Diplomat bu barədə ətraflı məlumat verməkdən imtina edib və vasitəçilərin iki ölkə prezidenti və xarici işlər nazirlərinə onların danışıqlar aparması üçün məkan verməli olduqlarını qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti