...

ATƏT-in təmas xəttində apardığı monitorinq insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2008 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir K.Zərbəliyeva/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 25-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altından çıxıb. 1992-93-cüillərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk rupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. Atəşkəs rejiminin mühafizə olunması üçün ATƏT qoşunların təmas xəttində monitorinqlər aparır.

Məlumata əsasən, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Piter Ki, və Antal Herdiç keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrci Aberle və Vladimir Çountulov keçiriblər.

Xəbər lenti

Xəbər lenti