Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyiş olsa da, müzakirə və razılaşdırma tələb edən çox sayda məsələ mövcuddur, - Böyük Britaniyanın Ermənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Çarlz Lonsdeyl (Charles Lonsdale) çərşənbə axşamı jurnalistlərə bildirib, - Novosti-Armeniya agentliyi yazır.
O, bu prosesin "bir anda, bir gün ərzində" başa çatacağına şübhə ifadə edib.
"Mən nikbin əhvalda olsam da, Qarabağ münaqişəsinin bir anda həllinin mümkün olduğunu hesab etmirəm", - Lonsdeyl aydınlaşdırıb.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.