...

Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində həlli zəruridir - Azərbaycan XİN-in rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2008 21:54 (UTC +04:00)
Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində həlli zəruridir - Azərbaycan XİN-in rəhbəri

Finlandiya, Helsinki, 04 dekabr / Trend ,müxb. İ.Qusatinskaya/ Bu gün ATƏT-in üzv ölkələrinin xarici işlər nazirlərinin Helsinkidə keçirilən sammitində çıxış edən Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin tərəflərin maraqları çərçivəsində siyasi həlli və Azərbaycanın ərazi bütövlüyünün qorunması zəruridir.

E.Məmmədyarovun sözlərinə görə, noyabrın ikisində Moskvada imzalanan bəyannamə münaqişənin həlli üçün münbid şərait yaradır, amma atəşkəs haqqında razılıqla kifayətlənmək olmaz.

Azərbaycan XİN-in rəhbəri deyib ki, "münaqişənin tərəflərin maraqları nəzərə alınmaqla, siyasi nizamlanmaya ehtiyacı var". Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi sabitliyi əngəlləyən amillərdən biridir, buna görə də ATƏT onun həlli üçün maksimum səy göstərməlidir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti