...

Bizim başlıca mövqeyimiz ərazi bütövlüyü prinsipidir – ABŞ Dövlət Katibinin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2008 17:56 (UTC +04:00)

ABŞ Dövlət Katibinin köməkçisi Deniel Frid cümə günü bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bizim başlıca mövqeyimiz ərazi bütövlüyü prinsipidir. Helsinkidən "Mediamaks"ın xüsusi müxbirinin verdiyi məlumata görə, amerikalı diplomat bu barədə cümə günü ATƏT-in nazirlər görüşü çərçivəsində keçirilən brifinqdə bildirib.

"Digər prinsiplər də var və Minsk Qrupunun işi də məhz bütün prinsipləri elə birləşdirməkdən ibarətdir ki, müzakirələrdən yayınmaqla nizamlanmaya nail olunsun.

Minsk Qrupu bir neçə konkret təkliflər edib, məsələn, təmas xəttindən snayperlərin geri çəkilməsi. Biz hər bir ritorik təhdidlərdən çəkinməli və nəzəri məsələləri birgə müzakirə etməliyik. Mən Minsk Qrupunun bütün həmsədrlərini, Azərbaycan və Ermənistan hökumətlərini hələ heç vaxt bu qədər yaxın olmadığımız nizamlanmaya nail olmaq üzərində işləməyə çağırıram", - deyə Deniel Frid bildirib.

Xəbər lenti

Xəbər lenti