...

Minsk Qrupunun həmsədrləri Azərbaycan ilə Ermənistan arasında fikir ayrılıqlarının aradan qaldırılmasına dair ideyalarını təklif ediblər – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir E.Tariverdiyeva / Həmsədrlər bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan ilə Ermənistan arasında yaranan fikir ayrılıqlarının aradan qaldırmasına dair öz ideyalarını Azərbaycan tərəfinə təklif ediblər və bu, rəsmi təklif olmayıb. Bu barədə cümə günü Trend -a ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

"Biz tərəflər arasındakı əsas fikir ayrlıqlarını həll etmək üçün hansı yanaşmadan istifadənin faydalı ola biləcəyini müzakirə etdik", - deyə Brayza bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Onun sözlərinə görə, Bakıda aparılan danışıqlar olduqca konstruktiv olub, həmsədrlər Azərbaycan tərəfinin münaqişənin həlli yollarına yanaşmalarını dinləyiblər. "Biz həmçinin həmsədrlərin fevralın 13-də konstruktiv əhval-ruhiyyədə etdikləri bəyanatı müzakirə etdik", - deyə Brayza bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 13-də birgə bəyanat veriblər. Bəyanatda gücün tətbiq edilməməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanmasının əsas elementlərindən biri hesab olunur. Vasitəçilərin ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmədikləri qeyd olunub.

Həmsədrlər, Brayzanın sözlərinə görə, qeyd ediblər ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında konstruktiv əhval-ruhiyyənin saxlanılması olduqca mühümdür. "Biz qeyd etmişik ki, münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, yəni münaqişənin hərbi yolla həlli məsələsi mövcud deyil", - deyə Brayza vurğulayıb.

Onun sözlərinə görə, yalnız həmsədrlərin öz ideya və təkliflərini martın 2-də Yerevanda prezident Sarkisyana təqdim etməsindən sonra prezidentlərin növbəti görüşü barədə danışmaq olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti