...

Türkiyənin Qafqazda stabillik təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək – Almaniyanın xarici işlər nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2009 12:03 (UTC +04:00)
Türkiyənin Qafqazda stabillik təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək – Almaniyanın xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 02 aprel / Trend / 

Türkiyənin Qafqazda əməkdaşlıq və stabillik platformasının yaradılmasına dair təşəbbüsü  Azərbaycan və Ermənistan prezidentlərinin işinin qısa müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində real bəhrə verməsi üçün şərait yaradacaq. Bu barədə cümə axşamı Trend -a Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini Qernot Erler (Gernot Erler) bildirib. .

Nazir müavini hesab edir ki, müharibə deyil, məhz dialoq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı yoldur.

"Biz hər iki ölkə - Azərbaycan və Ermənistan prezidentləri arasında intensiv şəkildə aparılan siyasi dialoqa böyük ümidlər bəsləyirik", - deyə Erler bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə iki istiqamət mövcuddur. Birinci, Türkiyə ilə Ermənistan arasında danışıqlar, ikinci, Azərbaycan ilə Ermənistan arasında danışıqlar. Almaniya hər iki istiqaməti dəstəkləyir. Bu istiqamətlər region üçün pozitivdir", - deyə əvvəllər Erler bildirib.

Almaniya Avropa İttifaqının "Şərq tərəfdaşlığı" adlı yeni təşəbbüsünün də münaqişənin tezliklə həllinə öz töhfəsini verəcəyinə ümid edir.       

"Şərq tərfdaşlığı" Avropa İttifaqının keçmiş Sovet ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəldilmiş qonşuluq siyasəti çərçivəsində Polşa-İsveç təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə etməlidir: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus. Aİ proqram çərçivəsində 2009-2013-cü illərdə qonşu ölkələrə 600 mln. avro vəsait ayıracaq.

Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini Erler 31 mart -3 aprel tarixlərində Bakıda səfərdədir. Erler bildirib ki, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və müxalifət partiyalarının nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti