...

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2009 15:45 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.Tariverdiyeva /

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye aprelin 6-da Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək. Bu barədə cümə axşamı Trend -a Parisdən telefonla Fasye məlumat verib.

"Gələn həftənin əvvəlində mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etmək üçün Bakıya gələcəyəm", - deyə Fasye bildirib.

Fransalı həmsədr səfər zamanı ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti