...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2009 09:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel / Trend / Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 08.10-dan 08.20-dək və aprelin 3-də saat 00.20-dən 00.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18.02-dən 18.07-dək Ağdam rayonunun Yusifjanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bütün hallarda düşmən javab atəşilə susdurulub.
İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti