...

ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yönələn səylərini fəallaşdırmaq niyyətindədir - Hillari Klinton

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2009 11:07 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yönələn səylərini fəallaşdırmaq niyyətindədir - Hillari Klinton

ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yönələn səylərini fəallaşdırmaq niyyətindədir. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Dövlət katibi Hillari Klinton dünən Konqresin Nümayəndələr Palatasının dinləmələrində çıxışı zamanı bildirib.

"Biz Azərbaycan hökumətini Dağlıq Qarabağ problemi və Azərbaycan ilə Ermənistan arasında olan digər mübahisəli məsələlərin həllinə yönələn səylərimizi fəallaşdıracağımıza əmin etmişik", - deyə o bildirib. Amerika diplomatiyasının rəhbəri ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun işində ABŞ-ın iştirakının fəal olacağına dair vəd verib. Klinton həm də xatırladıb ki, son üç həftə ərzində Dövlət Departamenti Amerika tərəfinin göstərdiyi səylər çərçivəsində iki dəfə öz nümayəndəsini Azərbaycana göndərib.

"Və biz ümid edirik ki, gələn ay hansısa qərar /tapılacaq/ olacaq", - deyə Dövlət katibi bildirib.

Xəbər lenti

Xəbər lenti