...

Azərbaycanlı millət vəkili "Siyasət meydanı" verilişində erməni təmsilçisini susdurub (VIDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2009 15:15 (UTC +04:00)
Azərbaycanlı millət vəkili "Siyasət meydanı" verilişində erməni təmsilçisini susdurub (VIDEO)

Azərbaycan, Bakı, 04 may / Trend /

Türkiyənin "Şou TV" kanalında yayımlanan "Siyasət meydanı" verilişində qondarma "erməni soyqırımı" müzakirə olunan zaman azərbaycanlı millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi (AŞ PA) Qənirə Paşayeva səsləndirdiyi faktlarla erməni təmsilçisini susdurub.  

Verilişdə Amerika Prezidenti Barak Obamanın qondarma "erməni soyqırımını" böyük fəlakət kimi dəyərləndirməsi məsələsi də müzakirə olunub. Erməni araşdırmaçı Harutyun Filyan ölkəsinin bu bəyanatdan razı qalmadığını bildirib.

Paşayeva deyib ki, qondarma soyqırım məsələsinin tarixçilərin ixtiyarına buraxılması məsələsi dəfələrlə gündəmə gətirilib. O, ermənilərin buna məqsədli şəkildə razılıq vermədiklərini bildirib.

Erməni təmsilçisi proqramda azərbaycanlı millət vəkilinin bu mövzuda sualları qarşısında özünü itirib. Proqramda Türkiyəni təmsil edən ziyalılar da bu kimi məqamlara münasibət bildiriblər. Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün, 4 minə yaxın əsir vətəndaşımızın olması faktlarla sübut olunub və Ermənistan təmsilçilərinə təqdim olunub.

Verilişdəki müzakirələri daha ətraflı bilmək istəyirsinizsə video görüntü ilə tanış ola bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti