...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2009 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 4-də saat 19.00-dan 19.10-dək və 21.05-dən 21.10-dək Ermənistan Respublikasının Berd rayonunun Vosgepar və Mosesqerx kəndləri ərazisində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəklikləri və Əlibəyli kəndindəki üzbəüz mövqelərimizi, saat 14.10-dan 14.20-dək, 15.20-dən 15.30-dək və 22.15-dən 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti