...

Ötən ay Azərbaycanda 3 355 051 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir K.Zərbalıyeva /

Ötən ay Azərbaycanda 3 355 051 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən cümə axşamı Trend -a verilən məlumata görə, aprel ayında 27811 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir.

İndiyədək cəmi 100 531 838 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 425 924-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağcabədi, Ağstafa və Samux rayonlarında aparılır.

2009-cu ilin aprel ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.

Aprelin 13-də Ağstafa rayonu Köçvəlli kəndi ərazisində Heydərov Zahid Seyfəddin oğlu və Heydərov Dursun Musa oğlu həyətyanı sahənin çəpərini yandırarkən partlayış baş verib.

Partlayış nətidəsində zərərçəkənlər yüngül xəsarət alıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti