...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir K.Zərbəliyeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən 4 km qərbdə, qoşunların təmas xəttində aparılan monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik, onun səhra köməkçiləri köməkçiləri İmre Palatinus və Vladimir Çontulov keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, İrci Aberle və Caslan Nurtazin keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb.   1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti