...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2009 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 13-də saat 20.50-dən 21.05-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki üzbəüz mövqelərimizi, saat 10.30-dan 10.55-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti