ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi təmsilçisi Qoran Lenmarker təşkilatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun formatına dəyişikliyin edilməsinə ehtiyac görmür. Xəbəri Arka yayıb.
Lenmarker cümə günü Yerevanda jurnalistlərə Türkiyənin danışıqlar prosesinə qoşulma ehtimalı barədə şərh verərkən bildirib ki, "danışıqlar Minsk Qrupu çərçivəsində aparılır ki, bu da mühüm amildir".
"Düşünmürəm ki, hazırkı formata hansısa dəyişikliyin edilməsinə ehtiyac var, lakin söhbət hansısa üçüncü tərəfdən gedirsə, istənilən halda prosesə yardım göstərilməsinə lüzum var", - deyə Lenmarker bildirib.