...

Azərbaycan mövcud status-kvonu saxlamayacaq – xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2009 11:14 (UTC +04:00)
Azərbaycan mövcud status-kvonu saxlamayacaq – xarici işlər naziri

Azərbaycan, Bakı, 08 iyul / Trend , E.Tariverdiyeva /

Azərbaycan Dağlıq Qarabağla bağlı hazırkı vəziyyətin qalmasına icazə verməyəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbirdə bildirib. 

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü qorunmaqla və bütün erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmaqla həll edilməlidir", - deyə Məmmədyarov bildirib.
 
Onun sözlərinə əsasən, münaqişənin sülh yolu ilə həlli üçün ölkə bütün səylərini ortaya qoyur. "Biz yavaş da olsa hərəkət edirik, bundan sonra da addım-addım hərəkət etməliyik", - deyə o bildirib. 

Onun sözlərinə görə, Azərbaycan bu münaqişədə status-kvonu saxlamayacaq.

"Ermənistan tərəfi əmin ola bilər ki, Bakı Dağlıq Qarabağ ilə bağlı hazırkı vəziyyətin gələcəkdə də davam etməsinə icazə verməyəcək", - deyə nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti