Azərbaycan, Bakı, 01 avqust / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 31-də saat 13.50-dən 14.05-dək və 20.45-dən 21.00-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.15-dən 21.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.