...

Azərbaycan BMT Baş Assambleyasında dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsini qiymətləndirməsinə nail olmaq niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir S.Ağayeva /

Azərbaycan BMT Baş Assambleyasında dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsini qiymətləndirməsinə nail olmaq niyyətindədir. Bazar ertəsi Trend -a Azərbaycanın Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assemleyasının 64-cü sesiyasının gündəliyinə daxildir.

"Dünya ictimaiyyətinin münaqişəni qiymətləndirməsi həm Ermənistanın mövqeyinə təzyiq faktoru baxımından, həm də dünya ictimaiyyətinə 20 il ərzində münaqişənin həll edilmədən qalması və bunun dünyada beynəlxalq hüququn istinadgahı olan BMT-nin nüfuzuna heç bir dividend gətirməyəcəyi faktının xatırladılması nöqteyi-nəzərdən vacibdir", - Məmmədov deyib.

Məmmədov deyib ki, Ermənistan artıq bir çox illərdir münaqişənin nizamlanmasında riyakar mövqe nümayiş etdirir, lazımsız bəhanələr gətirir, nə beynəlxalq ictimaiyyətlə, nə də beynəlxalq hüquqlarla hesablaşmır. "Beynəlxalq hüquqlarla hesablaşmayan dövlətdən konkret addımlar gözləmək çətindir", - o deyib.

"Ermənistan başa düşməlidir ki, gec, ya da tez Azərbaycan torpaqlarını qaytarmalı olacaq və işqal olunmuş əraziləri uzun müddət saxlamağa müvəffəq olmayacaq", - Məmmədov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti