Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 26-da saat 19.45-dən 19.55-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adzıs yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.10-dan 13.15-dək və 20.00-dan 20.10-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 27-də saat 01.30-dan 01.55-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.