...

Həll olunmayan münaqişələr hər zaman bərpa oluna bilər - Fransa Parlamentinin deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2009 13:07 (UTC +04:00)
Fransa Parlamentinin deputatı Tieri Mariani hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə artıq davam edə bilməz. "Həll olunmayan münaqişələr hər zaman yeni güc ilə bərpa oluna bilər.
Həll olunmayan münaqişələr hər zaman bərpa oluna bilər - Fransa Parlamentinin deputatı

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir C.Babayeva /

Fransa Parlamentinin deputatı Tieri Mariani hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə artıq davam edə bilməz. "Həll olunmayan münaqişələr hər zaman yeni güc ilə bərpa oluna bilər. Şübhəsiz ki, bu münaqişə region ölkələrini təhlükə altına qoyur. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoqun vaxtı gəlib çatıb", - cümə günü jurnalistlərə fransalı deputat, Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Mariani bildirib.

Deputatın sözlərinə əsasən, Fransa Parlamentinin "erməi soyqırımı"nı tanımasına baxmayaraq, Fransa Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi faktını pis qarşılayır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti