...

Türkiyə-Ermənistan sərhədləri oktyabrın 14-də açılmayacaq - dövlət naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2009 13:55 (UTC +04:00)
"Azərbaycan topraqlarının haqsız işğalı sona çatmalıdır. Türkiyə-Ermənistan sərhədlərinin oktyabrin 14-də açılması gözlənilmir. Buna tam əmin olmaq istəyirsinizsə, Türkiyə-Ermənistan protokulna nəzər yetirmək kifayət olar", - Trend News-un məlumatına görə, cümə günü Bakıda jurnalistlərə Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək bildirib.
Türkiyə-Ermənistan sərhədləri oktyabrın 14-də açılmayacaq - dövlət naziri

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Türkiyənin dövlət naziri bəyan edib ki, oktyabrın 14-də Türkiyənin Ermənistanla sərhədləri açılmayacaq.

"Azərbaycan  topraqlarının haqsız  işğalı sona çatmalıdır. Türkiyə-Ermənistan sərhədlərinin oktyabrin 14-də açılması gözlənilmir. Buna tam əmin olmaq istəyirsinizsə, Türkiyə-Ermənistan protokulna nəzər yetirmək kifayət olar", - Trend -un məlumatına görə, cümə günü Bakıda jurnalistlərə Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək bildirib.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.


Dövlət naziri bildirib ki, Türkiyə Ermənistanla apardığı bütün danışıqlar barədə Azərbaycan hakimiyyətini məlumatlandırır.

"Bəzi qüvvələr Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirmək üçün təbliğat etməkdədirlər. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Tükriyə-Ermənistan əlaqələrinin normallaşması Daglıq Qarabağ probleminin həlli istiqamətində irəliləyiş yaradacaq" , - Cəmil Çiçək bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti