Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 21.30-dan 21.45-dək Füzuli rayonunun ərazisindəki adsış yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 6-da saat 02.55-dən 03.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.