...

Politoloqlar Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşünün yekunlarını Bakıda müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2009 14:14 (UTC +04:00)
Prezidentlərin Kişinyovda cümə axşamı keçirilən görüşü və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri Azərbaycanın Media Mərkəzindəki müzakirələrin əsas mövzusu olub. International Aler-ın nümayəndəsi Əvəz Həsənovun aparıcılığı altında keçirilən müzakirədə azərbaycanlı politloqlar iştirak ediblər.
Politoloqlar Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşünün yekunlarını Bakıda müzakirə ediblər

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir E.Ostapenko/

Prezidentlərin Kişinyovda cümə axşamı keçirilən görüşü və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri Azərbaycanın Media Mərkəzindəki müzakirələrin əsas mövzusu olub. International Aler-ın nümayəndəsi Əvəz Həsənovun aparıcılığı altında keçirilən müzakirədə azərbaycanlı politloqlar iştirak ediblər.

"Prezidentlərin Kişinyovsda keçirilən görüşünün təəssüf ki, konkret nəticəsi olmadı və heç bir sənəd imzalanmadı", - politoloq Rasim Musabəyov bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sakisyan dünən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi məqsədilə Kişinyovda görüşüblər. İki ölkə liderinin görüşü MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Musabəyov görüşün mümkün optimal yekunu olaraq baza prinsipləri üzrə müqaviləni və hər iki ölkə xarici işlər nazirlərinin çərçivə sənədinin hazırlanması barədə bəyanatını hesab edir. "Təəssüf ki, bu baş vermədi", - o bildirib.

Musabəyovun fikrincə, Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə ilə diplomatik münasibətlərin bərpasına dair protokolun imzalanması ilə əlaqədar Dağlıq Qarabağa dair danışıqlarda ehtiyatlı olmağa məcburdur.

Oktyabrın 10-da Türkiyə və Ermənistan diplomatik münasibətlərin qurulmasına dair protokol imzalayacaqlar.

Türkiyə və Ermənistan arasında İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

"Status-kvonu saxlamaq çox çətindir", - Musabəyov bildirib.

Madrid prinsiplərinə əsaslanan Paris prosesi sona çatır. Lakin onun nəticəsinin necə olacağı, Musabəyovun fikrincə hələ məlum deyil.

Politoloq Türkiyə və Ermənistan arasındakı yaxınlaşmanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edəcəyini hesab edərək, bəyənir.

"Türkiyə ABŞ-dan Dağlıq Qarabağa qarşı müəyyən güzəştlər tələb edərək ermənilər ilə danışığa gedir", - o bildirib.

Sülh və Kofliktlərin Həlli Mərkəzinin başçısı Elxan Mehdiyev isə daha nikbin mövqedən çıxış edir.

"Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edir, əslində nizamlanma prosesi Dağlıq Qarabağın Azərbaycan daxilində nominal dövlət kimi qalması ilə nəticələnəcək", - o bildirib.

Türkiyənin Ermənistana qarşı siyasətini D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfərova da dəstəkləyir.

Münaqişənin həlli üzrə əsas şərt Cənubi Osetiya ssenarisinin təkrarlanmaması üçün Azərbaycanın azad edilən rayonlarına rusiyalı sülhməramlıların gətirilməsindən imtina edilməsidir.

Xəbər lenti

Xəbər lenti