...

Azərbaycanın müxalifət lideri Türkiyənin Ermənistanla sərhədləri açmaması üçün cəmiyyətin müqavimətini vacib sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2009 13:13 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının lideri Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasının və iki ölkə sərhədlərinin açılmasının Azərbaycanın tamamilə təklənməsilə nəticələnəcəyini istisna etmir.
Azərbaycanın müxalifət lideri Türkiyənin Ermənistanla sərhədləri açmaması üçün cəmiyyətin müqavimətini vacib sayır

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının lideri Türkiyənin Ermənistanla sərhədləri açmaması üçün Türkiyə cəmiyyətinin müqavimətini vacib sayır.

"Türkiyə xalqının 95 faizdən çoxu protokolların imzalanmasının əleyhinədir. Sadəcə, ABŞ-ın və Qərb dövlətlərinin təzyiqi ilə Türkiyə hökuməti bu addımı atır. Bunun qarşısını almaq üçün isə mütləq cəmiyyətin müqavimətini təşkil etmək lazımdır", - cümə axşamı Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Məmmədovun sözlərinə görə, Azərbaycanın bu problemlə üzləşməməsi üçün Türkiyə müttəfiq dövlət kimi buna yol verməməlidir.

"Bunun qarşısını almaq üçün Türkiyə hökumətinə müxtəlif təzyiqlər göstərilməlidir. Ancaq bundan sui-istifadə etmək istəyən qüvvələrin öz məqsədlərinə çatmasına imkan vermək olmaz", - partiya lideri əlavə edib.

Onun fikrincə, Türkiyə hakimiyyətinə təsir etmək üçün bu işə həm Azərbaycan, həm də Türkiyə cəmiyyətlərini cəlb etmək lazımdır.

AMİP lideri deyib ki, Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmaq niyyətinin əleyhinə çıxışlarda bayraq məsələsini ortaya atmağa qətiyyən ehtiyac yoxdur.

"Bursada Türkiyənin hansısa məmurunun qərarı ilə bayraq stadiondan yığışdırılmışdı və təhqir olunmuşdu. Türkiyə ictimaiyyəti bunun əleyhinə çıxdı və öz hökumətini tənqid etdi", - Məmmədov xatırladıb.

Azərbaycanın müxalifət partiyalarının protokolların Türkiyə parlamentində təsdiqlənməsinin qarşısını almaq məqsədilə birgə addımlar atmasının mümkünlüyünə gəldikdə, Məmmədovun fikrincə, hər bir təşkilat buna öz mövqeyini bildirməlidir.

"Bu elə bir məsələdir ki, müxalifət və iqtidar bölgüsü aparılmamalıdır. Əsas məsələ milli mənafe ilə bağlıdır", - AMİP lideri bildirib.

АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti