...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hərbi-vətənpərvərlik mövzusunda tədbirlər keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2009 12:37 (UTC +04:00)
“Bura vətəndir” adlı ilk tədbirimiz oktyabrın 29-da Qafqaz Universitetində keçiriləcək”, - bazar ertəsi Trend News-a Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi Əlaqələndirmə Şurasının rəhbəri Mehdi Abdullayev bildirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hərbi-vətənpərvərlik mövzusunda tədbirlər keçirəcək

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hərbi-vətənpərvərlik mövzusunda tədbirlər keçirəcək

"Bura vətəndir" adlı ilk tədbirimiz oktyabrın 29-da Qafqaz Universitetində keçiriləcək", - bazar ertəsi Trend -a Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi Əlaqələndirmə Şurasının rəhbəri Mehdi Abdullayev bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Abdullayevin sözlərinə görə, Zəngilan rayonunun işğal günündə keçiriləcək tədbirdə əsas məqsəd icmanın, eləcə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin bir daha izah etməkdir. "Düşünürük ki, müxtəlif ali məktəblərdə təhsil alan gənclərimizin iştirakı ilə belə tədbirlərin keçirilməsi çox vacibdir. Məqsədimiz gənclərimzin hərbi-vətənpərvərliyinin daha da artırılmasıdır", - şuranın rəhbəri əlavə edib.

İyunun 5-də Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk qurultayı keçirilib. Qurultayda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi yenidən formalaşdırılaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılıb. Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qurultayda icmanın rəhbəri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti