...

Bakıda Azərbaycanın milli qəhrəmanı Naiq Yusifov haqqında filmin təqdimatı təşkil olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2010 16:46 (UTC +04:00)
Şənbə günü Azərbaycan kinomatoqraflar Birliyinin kinozalında Azərbaycanın milli qəhrəmanı Naiq Yusifova həsr olunmuş "Üçüncü" filminin təqdimatı təşkil olunub.
Bakıda Azərbaycanın milli qəhrəmanı Naiq Yusifov haqqında filmin təqdimatı təşkil olunub

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir M.Əliyev/

Şənbə günü Azərbaycan kinomatoqraflar Birliyinin kinozalında Azərbaycanın milli qəhrəmanı Naiq Yusifova həsr olunmuş "Üçüncü" filminin təqdimatı təşkil olunub.

Naiq Yusifov Tovuz rayonu ərazisindəki yüksəkliklərin Erməni silahlı qüvvələrindən müdafiədə böyük qəhrəmanlıq nümayiş etdirib, filmin müəllifi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva təqdimatda deyib. "Naiq Yusifov qumbaranı sinəsinə sıxıb özünü partladaraq, bir neçə düşməni məhv edib", - deputat əlavə edib.

Onun sözlərinə görə, bu cür filmlərin ərsəyə gətirilməsində məqsəd ondan ibarətdir ki, Azərbaycanın böyüyən gəncləri Vətən uğrunda canından keçən qəhrəmanlarnı tanısın. "Onlar bilməlidir ki, Vətən, torpaq, xalq nə deməkdir. Naiq Yusifov haqqında film, yaşlarının ən gözəl vaxtında şəhid olan insanların keçdiyi böyük qəhrəmanlıq məktəbini nümayiş etdirir", - Parlamentin deputatı deyib.

Təqdimatda iştirak edən Azərbaycanın Ombudsmanı Elmira Süleymanovanın fikrincə, Azərbaycanın Milli Qəhrəmanları gənclər üçün sadəcə nümunə olmalı deyil, eyni zamanda onların işğal olunmuş torpaqların azad edilməsi üzrə fəaliyyətinə təkan olmalıdır.

Paşayevanın dediyi kimi, 2010-cu il fevralın əvvəlinə kimi, İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Azərbaycanın bütün milli qəhrəmanları haqqında geniş məlumat, foto və film yerləşdirilmiş sayt hazırlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti