...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Moskva Patriarxlığını Dağlıq Qarabağa dair fikirlərində ehtiyatlı olmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2010 14:21 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Moskva Patriarxlığını Dağlıq Qarabağa dair fikirlərində ehtiyatlı olmağa çağırır.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Moskva Patriarxlığını Dağlıq Qarabağa dair fikirlərində ehtiyatlı olmağa çağırır

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Moskva Patriarxlığını Dağlıq Qarabağa dair fikirlərində ehtiyatlı olmağa çağırır.

"Patriarxlıq nümayəndəsinin Dağlıq Qarabağdakı kilsəni Ermənistan ərazilərinə aid etməsi ehtiyatsızlıqdan xəbər verir", - cümə günü Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov jurnalistlərə bildirib.

Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin müdir müavini Filipp bu günlərdə Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin mart ayında Ermənistana planlaşdırılan səfərindən danışarkən bildirib ki, hazırda Ermənistanda Moskva Patriarxlığının üç kilsəsi fəaliyyət göstərir. "Onlardan biri Yerevanda, digəri Gümrüdəki Rusiya hərbi bazasında, üçüncü isə Dağlıq Qarabağda yerləşir", - o deyib.

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir", - Orucov bildirib.

Bu məsələ ilə bağlı Dövlət Komitəsinin rəhbəri Bakı Xəzərsahili Yeparxiyasının rəhbəri ilə görüşüb və Rusiyanın ali ruhanilərindən cavab gözləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti