Azərbaycan, Bakı, 18 yanvar /
Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 17-də saat 15.45-dən 15.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 18.10-dan 18.20-dək və 19.20-dən 19.40-dək Füzuli rayonunun ərazisindəki adsız yükdsəkliklərdə yerləşən mövqelərdən; saat 22.40-dan 22.55-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.