...

Ermənilərin Xocalı həqiqətləri ilə bağlı təbliğata reaksiyası Azərbaycanın informasiya siyasətinin böyük uğurudur - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2010 19:33 (UTC +04:00)
Ermənilərin reaksiyası Azərbaycanın informasiya siyasətinin böyük uğuruna sübutdur. Bunu ermənilərin Xocalı hadisələrinin saxtalaşdırıldığı internet saytını təqdim etmələrini şərh edən politoloq, peşəkar jurnalist Rasim Ağayev Trend News-a deyib.
Ermənilərin Xocalı həqiqətləri ilə bağlı təbliğata reaksiyası Azərbaycanın informasiya siyasətinin böyük uğurudur - politoloq

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir M.Əliyev/

Ermənilərin reaksiyası Azərbaycanın informasiya siyasətinin böyük uğuruna sübutdur. Bunu ermənilərin Xocalı hadisələrinin saxtalaşdırıldığı internet saytını təqdim etmələrini şərh edən politoloq, peşəkar jurnalist Rasim Ağayev Trend -a deyib.

"Ermənilərin törətdiyi soyqırım haqında informasiya dünyaya yayılıb və Xocalı hadisələri erməni təcavüzünün, amansızlığının brendi oldu", - Ağayev deyib.

Onun sözlərinə görə, Xocalı haqqında həqiqətlərin üzə çıxarılması üçün kifayət qədər böyük işlər görülüb və həmin işləri davam etdirmək lazımdır.

Politoloqun fikrincə, erməni təcavüzünün üzə çıxarılması üzrə işləri davam etdirmək, bu məsələyə dair mümkün qədər çox sənəd dərc etmək lazımdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti