...

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2010 12:30 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan və Türk icmaları iştirak ediblər. Bu barədə Baş Konsulluğun məlumatında bildirilir.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan və Türk icmaları iştirak ediblər. Bu barədə Baş Konsulluğun məlumatında bildirilir.

"Xocalı faciəsi Azərbaycan xalqının tarixində ən ağır yaralardan biridir və bu soyqırım haqqında həqiqətlər Azərbaycan və Türk icmaları tərəfindən dünya ictimaiyyətinə çatıdırılmalıdır", - konsul Elman Abdullayev tədbirdə bildirib.

Onun sözlərinə görə, hərbi geyimli insanların dinc və silahsız əhaliyə qarşı etdikləri bu vəhşiliklərə dünya ictimaiyyəti tərəfindən ədalətli qiymətin verilməsinin vaxtı çatıb.

Tədbirdə çıxış edən Kaliforniya Los-Anceles Universitetinin müəllimi Altay Göyüşov deyib ki, Azərbaycan xalqının öz müstəqilliyinin ilk illərində üzləşdiyi bu fəlakət ölkənin gələcək nəsillərinin yaddaşında əbədi qalacaq.

Tədbir iştirakçısı doktor Nəriman Qasımoğlunun sözlərinə görə, Azərbaycan xalqı tarixdə bir çox faciələrlə üzləşsə də hər zaman inkişafa meylli və sülhsevər olub.

Tədbir zamanı Xocal soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.

Xəbər lenti

Xəbər lenti