...

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini sürətləndirmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2010 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir S.Ağayeva/

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasında Paris görüşündə geniş formatda müzakirə edilib. Bu barədə XİN-in mətbuat katibi Elxan Poluxov Trend -a bildirib.

Poluxovun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri növbəti dəfə vasitəçilərin diqqətinə çatdırıb ki, rəsmi Bakı həmsədrlər tərəfindən təqdim edilən Madrid prinsiplərinin əsasında yaradılmış sənədi xüsusi istisnalarla tanıyır və bunun üzərində işləyərək münaqişənin həlli yollarını axtarmaq niyyətindədir.

Həmsədrlər öz növbəsində bəyan ediblər ki, Ermənistan tərəfinin sualları üzərində işləməyi davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti