...

Azərbaycan SAM-ın rəhbəri Fransada Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda keçiriləcək "dəyirmi masa"da məruzə ilə çıxış edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2010 10:55 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyev martın 31-də Fransada Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunda "Dağlıq Qarabağ timsalında Cənubi Qafqazda münaqişələrin həll perspektivləri" mövzusunda keçiriləcək "dəyirmi masa"da əsas məruzəçi qismində iştirak edəcək.
Azərbaycan SAM-ın rəhbəri Fransada Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda keçiriləcək "dəyirmi masa"da məruzə ilə çıxış edəcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M. Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyev martın 31-də Fransada Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunda "Dağlıq Qarabağ timsalında Cənubi Qafqazda münaqişələrin həll perspektivləri" mövzusunda keçiriləcək "dəyirmi masa"da əsas məruzəçi qismində iştirak edəcək. Bu barədə Trend -a SAM-dən bildiriblər.

Tədbirdə Fransa Parlamentinin üzvləri, tanınmış siyasətşünaslar, iqtisadçılar və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri də iştirak edəcəklər.

Fransaya səfəri çərçivəsində Nuriyev Prezident Administrasiyası, parlament, XIN rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirəcək. Görüşlər və çıxışlar çərçivəsində Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri ilə yanaşı, iki ölkənin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələr müzakirə olunacaq. Tədbirlərdə, həmçinin, Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan  - Avropa, əsasən də Azərbaycan - Fransa münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti