...

Azərbaycan Ermənistan -Türkiyə nizamlanması prosesindən kənarlaşdırılmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2010 14:16 (UTC +04:00)
Ankara hesab edir ki, Аzərbaycan, Ermənistan -Türkiyə nizamlanması da daxil olmaqla, Qafqazda problemlərin həlli prosesində ayrılmaz hissədir və Azərbaycanın bu prosesdən kənarlaşdırılmasının mümkünlüyünü istisna edir. Bu barədə Türkiyənin "Hürriyet Daily News" qəzeti rəsmi mənbələrə istinadən yazır.
Azərbaycan Ermənistan -Türkiyə nizamlanması prosesindən kənarlaşdırılmayacaq

Azərbaycan Ermənistan -Türkiyə nizamlanması prosesindən kənarlaşdırılmayacaq

Ankara hesab edir ki, Аzərbaycan Ermənistan -Türkiyə nizamlanması da daxil olmaqla, Qafqazda problemlərin həlli prosesində ayrılmaz hissədir və Azərbaycanın bu prosesdən kənarlaşdırılmasının mümkünlüyünü istisna edir. Bu barədə Türkiyənin "Hürriyet Daily News" qəzeti rəsmi mənbələrə istinadən yazır.

Türkiyə XİN-in rəsmi nümayəndəsi Burak Özügərginin Obama administrasiyasının Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması prosesində guya Azərbaycan faktorunu təcrid etmək cəhdləri haqqında informasiyanı şərh edərkən dediyi sözlərə görə, Türkiyə Azərbaycanı kənarda qoymayacaq.

Ötən həftə Türkiyənin Baş naziri aprelin 12-13-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitdə iştirak edəcəyi barədə qərarını bildirib. ABŞ Konqresinin komitəsində qondarma "erməni soyqırımı"na dair qətnamənin qəbulu ilə əlaqədar Ərdoğanın qərarı dərhal səslənməyib. Qəzet yazır ki, sammitin keçirildiyi vaxtda Baş nazir Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək. Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu isə erməni diasporunun nümayəndələri ilə görüşünü istisna etmir. Ərdoğan, həmçinin, Prezident Obama ilə aprelin 24-dək - qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsini anım gününədək Ermənistan - Türkiyə münasibətlərinin normallaşması prosesini müzakirə edəcək.

Qəzet yazır ki, Azərbaycanın sammitdə iştirak etməməsi ölkənin Yerevan - Ankara münasibətlərinin normallaşması prosesindən kənarlaşdırılması barədə Vaşinqtonun planları barədə şayiələri gücləndirib.

Türkiyənin diplomatik mənbələri "Hürriyet Daily News"a bildiriblər ki, ABŞ sammit iştirakçılarını özü seçir və Azərbaycanın iştirak etməməsi Bakının Ermənistan - Türkiyə prosesindən kənarlaşdırılması kimi qiymətləndirilməməlidir. ABŞ-ın Türkiyədəki Səfirliyinin nümayəndəsi Debora Qayd o'Qredi də Bakının Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarlaşdırılması planları barədə məlumatı təkzib edib.

"Azərbaycan və ABŞ, Türkiyə və Ermənistan da daxil olmaqla, regionda digər ölkələrlə, həmçinin, Minsk prosesi də daxil olmaqla bəzi məsələlər üzrə Azərbaycanla sıx əməkdaşlıq edir", - diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti