...

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2010 10:06 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 16.00-dan 16.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 15.45-dən 16.05-dək və 16.25-dən 16.35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22.15-dən 22.40-dək Füzuli rayonunu Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.35-dən 22.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- aprelin 13-də saat 00.05-dən 00.15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti