...

Azərbaycanın Xarici işlər naziri ABŞ-ın Müdafiə nazirinin müavinini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2010 19:28 (UTC +04:00)

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Müdafiə nazirinin müavini Michele Flournoyu qəbul edib. Bu barədə şənbə günü XİN-in mətbuat xidməti xəbər verir.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, habelə regional və qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılmışlar.

Xanım M.Flournoy Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.

Öz növbəsində, nazir E.Məmmədyarov Azərbaycanın ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, o cümlədən terror ilə mübarizə sahəsində ölkəmizin rolunu diqqət yetirmişdir. Nazir E.Məmmədyarov ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə yox, həmçinin humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə də tövhə verdiyini bildirmişdir.

Görüşdə həmçinin birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti