...

Azərbaycan İran tərəfinin təşəbbüsünü alqışlayır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2010 16:26 (UTC +04:00)
Azərbaycan İran tərəfinin təşəbbüsünü alqışlayır. Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.
Azərbaycan İran tərəfinin təşəbbüsünü alqışlayır - XİN

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan İran tərəfinin təşəbbüsünü alqışlayır. Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanın qonşusu olan İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə müsbət təsir göstərməsinə imkan verən mexanizmə malikdir.

"Xatırlatmaq istərdim ki, İran bu münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkədir", - Poluxov deyib.

Tehran Azərbaycan, Ermənistan və İran XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsini təklif edir. Bunu İİR-in xarici işlər naziri Mənuçöhr Müttəki deyib.

"İran Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə Tehranda xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi niyyətindədir", - Müttəki mətbuat konfransında jurnalistlərə bildirib. Məlumatı ISNA agentliyi yayıb.

Nazirin sözlərinə görə, Azərbaycan artıq öz razılığını verib, Tehran indi Ermənistanın cavabını gözləyir.

Müttəki bildirib ki, İran münaqişənin həlli üçün səy göstərir. "Qarabağ münaqişəsi vasitəçilik prinsipi və danışıqlar yolu ilə həll edilə bilər", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti