...

ATƏT-in Minsk qrupunun həmsədrləri tam tərkibdə Moskvada Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2010 16:19 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri cümə axşamı tam tərkibdə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər. Bunu cümə axşamı jurnalistlərə rusiyalı yeni həmsədr İqor Popov deyib.
ATƏT-in Minsk qrupunun həmsədrləri tam tərkibdə Moskvada Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri cümə axşamı tam tərkibdə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər. Bunu cümə axşamı jurnalistlərə rusiyalı yeni həmsədr İqor Popov deyib.

Onun sözlərinə görə, bundan sonra tərəflər arasında son danışıqların yekunları haqqında danışmaq mümkün olacaq.

ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədri İqor Popov və Robert Bradke çərşənbə günü Bakıda Azərbaycanın Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə danışıqlar aparıblar. Görüş zamanı keçmiş həmsədr Yuri Merzlyakov Popovu Azərbaycan tərəfinə təqdim edib.

Cümə axşamı Moskvada fransalı həmsədr Bernar Fasyenin də həmkarlarına qoşulacağı gözlənilir.

Həmsədrlər qeyd ediblər ki, Bakı danışıqları müsbət və konstruktiv keçib. "Mən gördüm ki, hər zaman olduğu kimi, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə can atır. Biz dövlət katibi Hillari Klinton və Prezident Barak Obama ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük önəm veririk", - Bradke deyib.

Onun sözlərinə görə, yenilənmiş Madrid prinsiplərində bəzi bəndlər var ki, tərəflər bu bəndlər əsasında saziş əldə etməlidirlər və həmsədrlər onların üzərində işi davam etdirəcəklər.

Popov deyib ki, öz yeni postunda varisliyi saxlamağa çalışacaq və ona göstərilən etimadı doğruldacaq. "Həmsədrin dəyişməsi ilə Rusiyanın münaqişənin nizamlanması ilə bağlı mövqeyi dəyişməyəcək, çünki Rusiyanın mövqeyini həmsədr deyil, ölkə prezidenti müəyyən edir", - o deyib. Popov həmçinin bildirib ki, yaxın vaxtlarda Ermənistana səfər edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti